AOK 2027-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə ilə rəsmi müqavilə imzalayıb

AOK 2027-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə ilə rəsmi müqavilə imzalayıb

Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü Baş Assambleyasında Avropa Olimpiya Komitələri (AOK), İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) 2027-ci ildə Türkiyənin ən böyük şəhərində Avropanın əsas idman tədbirinin keçirilməsini rəsmi olaraq təsdiq edən saziş imzalayıb.

Milli Olimpiya Komitesinin mətbuat xidmətindən verilən məlumata görə, AOK prezidenti Spiros Kapralos, İstanbul Böyükşəhər Bələdiyyəsinin  sədri Əkrəm İmamoğlu və TMOK prezidenti Prof. Dr. Uğur Erdenerin iştirakı ilə baş tutan imzalama mərasimində IV Avropa Oyunlarınının birlikdə yüksək səviyyədə təşkilinin öhdəsinədən gəlinəcəyi barədə müzakirələr aparılıb.

Spiros Kapralos bildirib ki, 2027-ci ildə keçiriləcək Avropa Oyunlarının təşkilatçı şəhəri ilə müqavilənin imzalanması AOK üçün mühüm mərhələdir və bundan çox məmnunuq: “IV Avropa Oyunlarına hazırlaşarkən, yalnız Avropa idmanında ən yaxşısını nümayiş etdirməyəcək, həm də Türkiyənin zəngin mədəniyyətini və qonaqpərvərliyini qeyd edəcək bir tədbir keçirməyi hədəfləyirik. Biz birlikdə Avropa Oyunlarını yeni zirvələrə qaldıracağıq və əminəm ki, İstanbul-2027 həm idmançıları, həm də tamaşaçıları bir araya gətirəcək həqiqətən dünya səviyyəli bir idman tədbiri olacaq. Bu oyunları həqiqətən yaddaqalan etmək üçün qarşıdakı illərdə türk tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.

Sonra çıxış edən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Avropa Oyunlarının keçirilməsinin Türkiyə üçün qürur anı olduğunu bildirib.
“AOK və TMOK-a etimad göstərdiklərinə və qarşılıqlı əməkdaşlıqlarına görə təşəkkürümü bildirmək istərdim", -deyə Əkrəm İmamoğlu bildirib.