Rusiyalı əfsanəvi güləşçi, üçqat Olimpiya çempionu Buvaysar Saytiyev dünyasını dəyişib. Ağciyər xəstəliyindən əziyyət çəkən sərbəst güləşçi 50 yaşının tamam olmasına 9 gün qalmış vəfat edib. Zəhərlənmə şübhəsi ilə Moskva xəstəxanalarından birinə yerləşdirilən B.Saytiyevin ölüm səbəbinin ürəyinin dayanması olduğu ehtimal edilir.
Qeyd edək ki, Buvaysar Saytiyev 3 qat Olimpiya, 6 qat dünya, 6 qat Avropa çempionu idi.