5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçiriləcək

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçiriləcək

Martın 4-də Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə Bakının Xətai rayonundakı “Hərbi Qənimətlər Parkı”nda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçiriləcək.

Aksiyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman ictimaiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və könüllülər iştirak edəcəklər.