Azərbaycan çempionatı: sərbəst güləşçilər arasında ən güclülər müəyyənləşdi

Azərbaycan çempionatı: sərbəst güləşçilər arasında ən güclülər müəyyənləşdi

Gəncə İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə birinciliyi davam edir.

Yarışın ikinci günündə sərbəst güləş üzrə 41 kq, 48 kq, 57 kq, 68 kq və 85 kq çəki dərəcəsində qaliblər müəyyənləşib.

Hüseyn Rzazadə (41 kq), Tunar Sultanzadə (48 kq), Muraz Hüseynov (57 kq), Xəyal Şükürlü (68 kq) və Elgün Kərimov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da birincilikdə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə yarışa start veriləcək.