Azərbaycan İdman Akademiyasında (AİA) Qazaxıstanın Qızıl Orda Korkut Ata Universitetinin rəhbər heyəti ilə görüş keçirilib.
Azərbaycan İdman Akademiyasından verilən məlumata görə, görüşdə iki təhsil ocağı arasında əlaqələrin möhkəmləndirilməsi, gələcək yeni əməkdaşlıqların və layihələrin yaradılması, ikili diplom, birgə kurs və treninq layihələri, tədqiqat əməkdaşlıqları, ixtisasartırma proqramlarının təşkili müzakirə edilib.
Nəticədə, Azərbaycan İdman Akademiyası və Qızıl Orda Korkut Ata Universiteti arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.