Bu yaxınlarda "Lokomotiv” klubundan ayrılan Uitni Dosti özünə yeni komanda tapıb. Amerikalı voleybolçu karyerasını Türkiyədə davam etdirəcək. O, artıq "Halkbank”la danışıqları müsbət yekunlaşdıraraq, mövsümün sonuna kimi Ankarada oynamağa üstünlük verib.
Qeyd edək ki, Bakı təmsilçisi mövsümün əvvəlində heyətinə qatdığı Dosti ilə ümidləri doğrultmadığı üçün vidalaşmışdı.