Klassiklərin mübarizəsində ən güclülər müəyyənləşdi

Klassiklərin mübarizəsində ən güclülər müəyyənləşdi

Sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyi sona yaxınlaşır. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gəncə İdman Sarayında keçirilən yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə 38 kq, 44 kq, 52 kq, 62 kq və 75 kq-da medalçılar müəyyənləşib. Yarışın nəticələrinə əsasən Hüseyn Əmrahlı (38 kq, UGİM-2), Ömər Salmanov (44 kq, MOİK), Hüseyn Mustafazadə (52 kq, ROİL, “Neftçi”), Nadir Həsənov (62 kq, UGİM-5) və Ruslan Nuriyev (75 kq, Sumqayıt, Təhsil) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.