Güləş üzrə U-15 ölkə birinciliyi yekunlaşdı 

Güləş üzrə U-15 ölkə birinciliyi yekunlaşdı 

Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gəncə İdman Sarayında keçirilən yarışın son günündə yunan-Roma güləşi üzrə 41 kq, 48 kq, 57 kq, 68 kq və 85 kq-da medalçılar müəyyənləşib.

Yarışın nəticələrinə əsasən Rahib Əhmədov (41 kq, Sumqayıt-Təhsil, "Neftçi"), Qurban Məcnunov (48 kq, "Neftçi"), İbrahim Məmmədzadə (57 kq, Göyçay), Əli Məmmədov (68 kq, Gəncə, "Neftçi") və Məhəmməd Orucov (85 kq, Sumqayıt-Təhsil, "Neftçi") bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.