Yekaterinburqda qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda turnirdə Rusiyanın "Uraloçka” və Azərbaycanın "Azərreyl” komandaları arasında cavab oyunu keçirilib.
Qarşılaşmanın ilk setində gərgin mübarizədən sonra meydan sahibləri 30:28 hesabı ilə qalib gəliblər. İkinci hissədə də "Uraloçka”nın üstünlüyü (25:18) hiss olunub. "Azərreyl” üçüncü setdə 25:21 hesabı ilə önə çıxsa da, dördüncüdə "Uraloçka” yenə də yüksək bal (25:13) toplayaraq 3:1 hesabı ilə oyunun qalibi olub.
Xatırladaq ki, Bakıda baş tutan ilk görüşdə də "Uraloçka” 3:1 hesabı ilə qalib olmuşdu. "Çellendj” raundunda Rusiya komandasının rəqibi Rumıniyanın "Dinamo Romprest” klubu olacaq.