17 yaşadək yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kubokuna yekun vurulub. İkinci yarış günündə oğlanlar arasında -55 kq, -66 kq, -81 kq, +90 kq, qızların mübarizəsində -44 kq, -52 kq, -63 kq çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Hövsan qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə 43 klub və idman cəmiyyətindən 334 cüdoçu (277 oğlan, 57 qız) iştirak edib.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.