Azərbaycan Yüksək Liqasında XVII tura start verilir

Azərbaycan Yüksək Liqasında XVII tura start verilir

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turu çərçivəsində maraqlı oyunlar keçiriləcək. 

Turnirin ilk matçları saat 16:00-da başlayacaq. UNEC komandası doğma meydanda “Abşeron”la üz-üzə gələcək. Eyni saatda “Murov Az Terminal” və “Azərreyl” komandaları da qarşılaşacaq.

Günün son oyunu saat 18:00-da təşkil olunacaq. Bu dəfə “Milli Aviasiya Akademiyası” və “Gəncə” komandaları meydanda güclərini sınayacaq.

UNEC - “Abşeron” oyunu UNEC-in idman zalında keçiriləcək. Digər iki görüş isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.