Aprelin 10-dan 13-dək Qəbələ - Xankəndi ultramarafonu təşkil ediləcək.
Unikal yarış “İdman Paytaxtı” Qəbələ şəhərindən başlayaraq, 192 km-lik məsafəni əhatə edərək Xankəndidə başa çatacaq.
Ultramarafonun yarışçıları dörd mərhələdən ibarət məsafəni keçəcəklər: Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km) və Ağdam - Xankəndi (28 km). Hər bir mərhələnin qalibləri xüsusi mükafatlarla təltif olunacaq, amma ümumi ultramarafon qalibi baş mükafatı əldə edəcək.