Paralimpiyaçımız üçün növbəti sınaq

Paralimpiyaçımız üçün növbəti sınaq

Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində iştirak edir.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, LW3 kateqoriyasında yarışan idmançı, məşqçi Məhəmməd İsmayılov ilə birlikdə bu turnirə qatılıb.

Turnir 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır və martın 30-da başa çatacaq.

Bu, Polad Rzayev üçün növbəti əhəmiyyətli addım olmaqla yanaşı, paralimpiya oyunlarına hazırlığı davam etdirən idmançılar üçün də vacib bir mərhələdir.