Azərbaycanlı xizəkçilər Dünya Kubokunun final mərhələsində iştirak ediblər 

Azərbaycanlı xizəkçilər Dünya Kubokunun final mərhələsində iştirak ediblər 

Azərbaycan idmançıları Fransanın Puy-Saint Vinsent qəsəbəsində keçirilən yeniyetmələr arasında xizək alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində iştirak ediblər.

Nəbiyulla Qələbəqiyev yarışın vertikal növündə 16 ölkədən olan 38 peşəkar idmançı arasında 7-ci, individual növdə isə 13 cü yerdə qərarlaşaraq xizək alpinizmi üzrə dünya reytinqində 53 idmançı arasında 12-ci yerə yüksəlib.

Digər idmançımız Ramin Beybutov isə vertikal növdə 31-ci, individual növdə isə 30-cu yerə sahib olub.