Paralimpiyaçımız Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində iştirak edib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, LW3 kateqoriyası üzrə çıxış edən idmançımız ilk mərhələni 1:26.69 nəticə ilə tamamlayıb. Vətən müharibəsinin qazisi öz kateqoriyasında ikinci yeri tutaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan paralimpiyaçımız yarışı öz kateqoriyasında ikinci pillədə, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü olaraq bitirib.