Aprel 4-14-dək Serbiya ISF U-15 Gimnaziada İdman Oyunları keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan komandası yarışda 18 idman növündə 192 idmançı ilə təmsil olunacaq.
Azərbaycan idmançıları bu mühüm yarışda idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) kimi idman növlərində mübarizə aparacaq.
Yarışların açılış mərasimi aprelin 5-də, bağlanış mərasimi isə aprelon 12-də Zlatibor şəhərində keçiriləcək.