Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin növbəti oyunları keçirilib.
Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, I-IV yerlər uğrunda yarışan "Qarabağ"la "Bakı"nın görüşündə nominal qonaqlar 36:24 hesabı ilə qalib gəliblər.
Günün digər oyununda isə "Kür" "Azəryol"a məğlub olub - 33:36.
Qeyd edək ki, hər iki qarşılaşma "AHF Arena"da keçirilib.