Lerikdə ümumtəhsil məktəblərinin IX-XI sinifdə oxuyan qızlardan ibarət komandalar arasında təşkil edilən həndbol turniri maraqlı və yadda qalan olub. V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyanın idman zalında keçirilən turnirə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 4 komandası iştirak edib. Turnir meydan sahiblərin qələbəsi ilə başa çatıb. Gərgin keçən yarışda ikinci yeri Lerik şəhər 3 saylı tam orta məktəbin komandası qazanıb. Üçüncü yeri isə şəhər 2 saylı tam orta məktəbinin həndbolçu qızları tutublar.
Qalib komandalara turniri təşkil edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim olunub.