Astarada "7 Aprel-Ümumdünya Sağlamlıq Günü" ilə əlaqədar “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.
Şəhər Gənclər evində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Astara Gənclər evi sosial xidmət müəssisəsinin dəstəyi ilə kütləvi idman tədbirin təşkilində əsas məqsəd yeniyetmə və gənclərin idmana marağının artırılması, yoldaşlıq əlaqələrinə daha çox diqqət yetirmək və asudə vaxtın faydalı keçirilməsi olub.
Kütləvi idman tədbirində iştirak edənlər arasında voleybol və stolüstü tennis idman növləri, nərd və şahmat üzrə oyunlarda öz güclərini sınayıblar