Masallıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “6 Aprel-Ümumdünya Fiziki Aktivlik və Beynəlxalq Sülh və İnkişaf üçün İdman günü” münasibətilə şəhər Nizami Gəncəvi adına xatirə parkında təşkil edilən kütləvi idman tədbirində futbol, boks, güləş, kəndirlə mübarizə, yerindən uzununa tullanma, atletika idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Rayonda “6 Aprel-Ümumdünya Fiziki Aktivlik və Beynəlxalq Sülh və İnkişaf üçün İdman günü”nün qeyd edilməsi, idmanın kütləviliyinin təmin olunması, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilən tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.