Lənkəranda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib

Lənkəranda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib

Lənkəranda Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq şəhər Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi

keçirilib. “Şahin” hərbi-idman oyununun təşkilində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir. Lənkəran rayonu ümumtəhsil məktəblərdən təşkil olunmuş 18 komandanın

iştirak etdiyi hərbi-idman oyununda bütün rəqiblərdən üstün olan Haftoni qəsəbə tam orta məktəbinin komandası birinci yeri tutmaqla zona mərhələsinə vəsiqə qazanıb. Hirkan qəsəbə tam orta məktəbi ikinci yerə layiq görülüb. Lənkəran şəhər V.Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseyi üçüncü yerə

sahib çıxıb. Rayon mərhələsinin qalibi olan Haftoni qəsəbə tam orta məktəbinin komandası Lənkəran şəhərində keçiriləcək zona birinciliyində rayonu təmsil edəcək.