Bakının “Lokomotiv” komandasında yeni oyunçu

Bakının “Lokomotiv” komandasında yeni oyunçu



Bakının qadınlardan ibarət "Lokomotiv” klubu heyətinə yeni voleybolçu cəlb edilib. ABŞ millisinin hücumçusu Kessidi Lixtman "Lokomotiv”ə transfer olunub.
"Lokomotiv” klubu əvvəllər toppaylayıcı mövqeyində oynamış 25 yaşlı voleybolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb. İsveçrənin "Hotel Kristal” kollektivindən "Lokomotiv”ə transfer olunan K.Lixtman hücumdakı boşluğu aradan qaldırarsa anlaşmanın müddətinin uzadılması da istisna deyil.
2011-ci ildən millisinin şərəfini qoruyan voleybolçu daha əvvəl ölkəsində "Stanford Universiteti” və Polşada "Aluprof” klublarında çıxış edib. O, yığmasının heyətində iki dəfə Panamerika kubokunu və bir dəfə Şimali Amerika çempionatının qızıl medalını qazanıb.