Lənkəran şəhər Heydər Əliyev Xatirə parkında Gənclər evinin qarşısında
"Sağlam Həyat" layihəsi çərçivəsində "6 Aprel-Ümumdünya Fiziki Aktivlik və
Beynəlxalq Sülh və İnkişaf üçün İdman günü” münasibətilə nümunəvi çıxışlar və əyləncəli oyunlar keçirilib.
Tədbir iştirakçıları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə atletika, ağırlıqqaldırma, boks, gimnastika, voleybol, nərd, dama, şahmat, stolüstü tennis, cüdo, futbol, kəndirlə mübarizə, kikboksinq, karate idman növləri üzrə bacarıqlarını göstəriblər.
Tədbirdə məqsəd isə əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.