Serbiyanın Nova Varoş şəhərində təşkil olunan Gimnaziada İdman Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə yarışlara start verilib. Yarışların ilk günündə Azərbaycan komandası heyətində Aydan Atakişiyeva, Mirunay Abasova və Esnat Mirzəyeva mübarizə aparıblar.
Təmsilçilərimizdən Aydan Atakişiyeva 1/8 final mərhələsində, Esnat Mirzəyeva isə 1/4 finalda turnirlə vidalaşıb. Lakin Mirunay Abasova inamlı çıxışı ilə finala qədər irəliləməyi bacarıb. Gərgin keçən həlledici qarşılaşmada M.Abasova Çin təmsilçisinə qarşı üstün oyun nümayiş etdirərək 15:11 hesablı qələbə qazanıb və yarışın qızıl medalına sahib çıxıb.