Azərbaycan xizəkçisi Polad Rzayev Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində həlledici mərhələni öz kateqoriyasında ikinci olaraq bitirən idmançının hesabında Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) aprelin 1-nə olan reytinq cədvəlinə görə 725.55 reytinq xalı var.
Qeyd edək ki, P.Rzayev son iştirak etdiyi Fransanın Auron şəhərində təşkil edilmiş FIS Paradağ xizəyi turnirinin final mərhələsini 00:51.57 nəticə ilə 7-ci pillədə bitirib.