Yunan-Roma güləşçilərimiz Gimnaziadada 9 medal qazandılar  

Yunan-Roma güləşçilərimiz Gimnaziadada 9 medal qazandılar  

Serbiyada keçirilən Gimnaziada İdman Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə keçirilən yarışlarda Azərbaycan güləşçiləri uğurlu çıxış ediblər. Luçani şəhərində təşkil edilən yarışda 10 idmançıdan 9-u medal qazanıb.

Hüseyn Əmrahlı (38 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov (85 kq) qızıl, Əli Cavadlı (41 kq) və Amin Məmmədov (44 kq) gümüş, Qurban Məcnunov (52 kq), Abdurahman Hüseynli (48 kq), Eldəniz Allahverdiyev (57 kq) və Əli Məmmədov (68 kq) isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, sərbəst güləş yarışlarında da Azərbaycan komandası 2 qızıl, 3 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.