Azərbaycan parabadmintonçusu Gimnaziadada qızıl medalı qazandı

Azərbaycan parabadmintonçusu Gimnaziadada qızıl medalı qazandı

Azərbaycanın parabadminton komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında növbəti uğura imza atıb. Yarışın üçüncü günündə idmançımız Ayan Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, ötən günlərdə keçirilən yarışlarda Əli Məhərrəmov və Zəhra Salmanlı da yüksək nəticə göstərərək qızıl medal əldə ediblər.