Qılıncoynadanlarımız dünya birinciliyində iştirak ediblər

Qılıncoynadanlarımız dünya birinciliyində iştirak ediblər

Azərbaycan qılıncoynadanları Çinin Usi şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində iştirak ediblər.

Sablyaçıların mübarizəsində Zərifə Hüseynova14-cü olub.

O, 1/4 finala vəsiqə uğrunda qarşılaşmada uduzub.

Fərəh Abasova, Leyla Əhmədova və Valentina Zeynalova isə qrup mərhələsini adlayıb pley-offa yüksəlsələr də, 1/32 finala vəsiqə üçün keçirilən görüşlərdə uduzublar.

Gənc oğlan sablyaçıların şəxsi yarışında Ayxan Xasıyev, Rəsul Əliyev və Abbas Hüseynov pley-offa vəsiqə qazansalar da, 1/32 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.

Timur Husnaddinov isə mübarizəni qrupda dayandırıb.

Qeyd edək ki, dünya birinciliyi aprelin 15-dək davam edəcək.