Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 92 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız finalda yunanıstanlı Dauren Kuruqluyevə məğlub olub.

Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) yarışın bürünc medalına sahib çıxıblar.