Daha iki qadın güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır 

Daha iki qadın güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır 

Bratislavada keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Bu gün komandamızın daha iki qadın güləşçisi – Jalə Əliyeva (57 kq) və Ruzanna Məmmədova (62 kq) mübarizəyə başlayır. Alyona Kolesnik (59 kq) isə bürünc medal uğrunda qarşılaşmada İtaliya və Moldova təmsilçilərindən birinə rəqib olacaq.
Xatırladaq ki, sərbəst güləşçilərimiz artıq 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq, komanda hesabında Avropa çempionu olublar.