Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/3 final mərhələsinə yüksələn komandaların adları müəyyənləşib. I pley-off mərhələsini 4 ölkənin 6 komandası uğurla adlayıb.
Belə ki, Rusiyanın "Dinamo” (Kazan), "Omiçka”, Türkiyənin "Vakıfbank”, "Əczaçıbaşı”, Fransanın "Kann” və İsveçrənin "Volero” klubu mübarizəni davam etdirirlər. Onlardan yalnız Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Omsk təmsilçisi "qızıl set”lə rəqibinə qalib gəlib.
Qeyd edək ki, 1/3 final mərhələsini keçən klublar Bakıda "Rabitə”nin ev sahibliyi edəcəyi "dördlər finalı”na vəsiqə qazanacaq.
1/6 final mərhələsinin oyunları
"Omiçka” (Rusiya) - "Konegliano” (İtaliya) - 0:3, 3:0, 15:10
"Atom” (Polşa) - "Əczaçıbaşı” (Türkiyə) - 0:3, 1:3
"Kann” (Fransa) - "Qalatasaray” (Türkiyə) - 3:1, 3:0
"İqtisadçı” (Azərbaycan) - "Vakıfbank” (Türkiyə) - 0:3, 0:3
"Dinamo” (Moskva, Rusiya) - "Dinamo” (Kazan, Rusiya) - 1:3, 0:3
"Volero” (İsveçrə) - "Pyaçentsa” (İtaliya) - 3:1, 3:1
1/3 final mərhələsi (4-6, 11-13 fevral)
"Omiçka” (Rusiya) - "Əczaçıbaşı” (Türkiyə)
"Vakıfbank” (Türkiyə) - "Kann” (Fransa)
"Volero” (İsveçrə) - "Dinamo” (Kazan, Rusiya)