İdmançımız beynəlxalq yarışlarda ilk yüksək nəticə əldə edib

İdmançımız beynəlxalq yarışlarda ilk yüksək nəticə əldə edib



Azərbaycanı buzadırmanma üzrə Dünya kuboku yarışlarında təmsil edən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından təşkil olunmuş milli komanda beynəlxalq yarışlarda yüksək nəticələr göstərir.
Bugünlərdə İsveçrənin Saas-Fee şəhərində keçirilən Dünya kuboku yarışında idmançımız Qalib Şıxrəhimov sürət üzrə təsnifat yarışlarında ən yaxşı nəticə göstərib. Belə ki, idmançımız uğurlu çıxışı ilə yarışın final mərhələsinə vəsiqə qazanıb. O, final mərhələsində 10-cu pillədə qərarlaşıb. Xatırladırıq ki, bu il yanvarın 16-dan 18-dək Rumıniyanın Buşteni şəhərində keçirilən yarışlarda komandamızın üzvü Ramay Rəhimxanov finala vəsiqə qazanmışdı. Lakin dırmanma divarındakı buzun əriməsi üzündən final yarışları təxirə salınmışdı. Qeyd edək ki, ötən illərlə müqayisədə bu il komandamız buzadırmanma üzrə beynəlxalq səviyyəli yarışlarda yüksək çıxışı ilə diqqəti çəkir.