Bratislavada növbəti medal qadın güləşçimizdən gəldi

Bratislavada növbəti medal qadın güləşçimizdən gəldi

Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün Azərbaycan komandası qitə çempionatında növbəti medalını qazanıb. Jalə Əliyeva 57 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə finlandiyalı Cenna Hemyae ilə qarşılaşmadan qalib arılaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. 

Xatırladaq ki, yarışın ilk günlərində sərbəst güləşçilərimiz komandamıza 6 medal qazandırıblar.  Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medala yiyələnib.

Bu nəticələr Azərbaycanın sərbəst güləş üzrə milli komandasına komanda hesabında Avropa çempionluğu qazandırıb.

Qeyd edək ki, qitə çempionatına aprelin 13-də yekun vurulacaq.