Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə başlayıblar. Klassiklərimizdən Eldəniz Əzizli (55 kq) finala vəsiqə qazanıb. Təcrübəli idmançı yarımfinal mərhələsində Ermənistan təmsilçisi Manvel Xaçatryanı 5:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb. Digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq), Sənan Süleymanov (77 kq) və Beka Kandelaki (130 kq) mübarizəni müxtəlif mərhələlərdə dayandırıblar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləş yığmamız Avropa çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında çempion olub.
Yarışa aprelin 13-də yekun vurulacaq.