Azərbaycanın üç yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal uğrunda yarışacaq

Azərbaycanın üç yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal uğrunda yarışacaq

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının son günündə Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq.

Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaqlar. Ülvi Qənizadə (72 kq) isə bürünc medal uğrunda döyüşəcək.

Çempionatın əvvəlki mərhələlərində Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medallara sahib çıxıblar.

Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.