Qadın voleybolçular arasında CEV kubokunun "Çelenc raund” mərhələsinin bütün cütləri müəyyənləşib. Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməyən komandalar "Çelenc raund”da artıq rəqiblərini tanıyırlar. Belə ki, Azərbaycanın "Azərreyl” və "Lokomotiv” klublarının mübarizəni dayandırdığı yarışda "Azəryol” çıxışını davam etdirəcək. Komandamız Polşanın "Bank Fakro” klubu ilə üz-üzə gələcək. Voleybolçularımız mərhələ keçəcəyi halda "Agel” (Çexiya) - "Fənərbaxça” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları fevralın
25-26-da, cavab görüşləri isə martın 1-2-də keçiriləcək.
"Çelenc raund”
"Agel” (Çexiya) - "Fənərbağça” (Türkiyə)
"Bank Fakro” (Polşa) - "Azəryol” (Azərbaycan)
"Ximik” (Ukrayna) - "Dresdner” (Almaniya)
"Uraloçka” (Rusiya) - "Dinamo-Romprest” (Rumıniya)