Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.
İdmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri, azarkeşlər və yaxınları tərəfindən coşqu ilə qarşılanıblar.
Qeyd edək ki, Azərbaycan gimnaziadada 18 idman növü - idman gimnastikası, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika üzrə 191 idmançı ilə təmsil olunub.
Yarışlar çərçivəsində Azərbaycan idmançıları yüksək nəticələr göstərərək ümumilikdə 85 medal qazanıblar. Bunlardan 35-i qızıl, 12-si gümüş, 28-i isə bürünc medaldır.