Azərbaycan boksçusu Fərid Sadıqov dopinq qaydalarını pozduğuna görə 48 ay müddətinə diskvalifikasiya edilib. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Bildirilib ki, idmançının dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. F.Sadıqov qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdinə yol verdiyi müəyyən edilib və cəzalandırılıb.
Qərara əsasən, boksçunun cəzası 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və 2028-ci il yanvarın 1-dək davam edəcək.