“Los-Anceles”in hücumçusu Andrey Kuzmenko Stenli Kuboku seriyasının birinci mərhələsinin ilk oyununda “Edmonton”la görüşdə (6:5) qol vurub. O, birinci hissənin üçüncü dəqiqəsində (2,49) hesabı dəyişib. Bununla da Kuzmenko NHL-in pley-off tarixində 2014-cü ildən bəri ən tez vurulan qolun müəllifi olub.