Şimali Amerikanın nüfuzlu “Sportico” nəşri tarixdə ən çox maaş alan idmançıların siyahısını dərc edib.
"Olimpnews.az" xəbər verir ki, birinci pillədə ənənəvi olaraq basketbolçu Maykl Cordan yer alıb. İlk onluqda yer alan idmançıların qazancları inflyasiyaya uyğunlaşdırılaraq, tərtib olunub.
1. Maykl Cordan (Basketbol) - 4,15 milyard dollar.
2. Tayqer Vuds (Qolf) - 2,79 milyard dollar
3. Kriştianu Ronaldo (Futbol) - 2,23 milyard dollar.
4. LeBron Ceyms (Basketbol) - 1,88 milyard dollar.
5. Lionel Messi (Futbol) - 1,85 milyard dollar.
6. Arnold Palmer (Qolf) - 1,82 milyard dollar.
7. Cek Niklaus (Qolf) - 1,75 milyard dollar.
8. Deyvid Bekhem (Futbol) - 1,61 milyard dollar.
9. Roje Federer (Tennis) - 1,59 milyard dollar.
10. Floyd Meyvezer (Boks) - 1,52 milyard dollar.