Aprelin 29-da Mingəçevir şəhərindəki Heydər Əliyev prospektində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, saat 14:00-da başlayacaq parad çərçivəsində reqatada iştirak edəcək yerli və xarici komandaların sıra ilə keçidi və təntənəli təqdimatı reallaşacaq. Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.
Qeyd edək ki, əraziyə giriş tam sərbəstdir.
Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının möhtəşəm paradı keçiriləcək
