Lerik şəhərinin Valeh Müslümov küçəsində "Sağlam Həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri təşkil olunub. Tədbirdə 55 nəfər idmançı iştirak edib. Maraqlı və rəngarəng atmosferdə keçirilən tədbirin əsas məqsədi uşaq, yeniyetmə və gənclərin idmana marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili olub.
Tədbir çərçivəsində iştirakçılar müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər. İdmansevərlər tərəfindən böyük maraqla qarşılanan tədbir Lerikdə sağlam həyat tərzinin təşviqi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilib.