“Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO

“Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində iştirakçı ölkələrin nümayəndələrinin təntənəli paradı təşkil olunub.
Olimpnews.az xəbər verir ki, tədbir Mingəçevir şəhərinin Heydər Əliyev prospektində baş tutub. 
Paradın rəsmi hissəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və digər rəsmi şəxslər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra yarış iştirakçılarının Azərbaycan Respublikasının böyükölçülü dövlət bayrağı ilə şəhərin mərkəzində yürüşü olub. Onları avarçəkmə idman növünü əks etdirən qayıqlarla bəzədilmiş avtomobil və könüllülər dəstəsi müşayiət edib. 20-dən çox ölkədən gəlmiş idmançıların iştirak etdiyi paradı şəhər sakinləri böyük coşğu ilə qarşılayıb, beynəlxalq səviyyəli idmançılara və nümayəndə heyətlərinə alqışlarla dəstək veriblər. 
Bayram ab-havasında keçən paradda iştirakçı ölkələrin nümayəndələri müəyyən olunmuş ardıcıllıqla öz yerlərini tutduqdan sonra, "Banu" və "Xəmsə" rəqs ansamblları, həmçinin  Xəmsə" ritm qrupu milli musiqi sədaları altında rəngarəng və dinamik kompozisiyalarla tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Rəqs qruplarının və iştirakçı idmançıların ifasında təqdim olunan rəngarəng çıxışlarla davam edən parad Mingəçevirdə həm idman, həm də beynəlxalq dostluq ruhunun təntənəsinə çevrilib.
Qeyd edək ki, Avropa, Asiya və Afrikadan 20-dən artıq ölkəni təmsil edən 200-dən çox idmançının iştirak edəcəyi “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi aprelin 30-da işğaldan azad olunmuş Suqovuşanda keçiriləcək. Elə həmin gün 200 metr məsafəyə yarışlar təşkil olunacaq. Mayın 5-6-da isə reqata Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.
Xatırladaq ki, bu mötəbər yarış artıq üçüncü ildir ki, Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planında yer alır və ölkəmizin beynəlxalq idman nüfuzuna mühüm töhfə verir.

“Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı ölkələrinin möhtəşəm paradı keçirilib - FOTO