U-15 güləşçilər Masallıda medallar uğrunda yarışdılar

U-15 güləşçilər Masallıda medallar uğrunda yarışdılar

Masallı Olimpiya İdman Kompleksində güləş üzrə respuklika turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə yarışda ölkənin müxtəlif şəhər və rayonlarından olan yeniyetmə sərbəst güləşçilər iştirak edib.

U15 yaş qrupu üzrə təşkil edilən turnirdə İsa Nurullayev (32 kq, Masallı), Fərid Qasımov (35 kq, Gimnaziya), Sadiq İsmayılov (38 kq, AHİTA), Ramal Hacıyev (41 kq, Gəncə), Əli Baloğlanov (44 kq, Masallı), Zirəddin Rzayev (48 kq, Lənkəran), Mircəlal Hüseynov (52 kq, Gəncə), Ruhid İspərov (57 kq, AHİTA), Siyasət Dadaşzadə (62 kq, Lənkəran), İslam Rəcəbli (68 kq, AHİTA) və Ayxan Tağılı (75 kq, Şağan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 200-dən artıq güləşçinin qatıldığı yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edib.