Bu ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasında ikinci yarış gününə start verilib.
Olimpnews.az xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən reqatanın ikinci günündə idmançılar kayak, kanoe və akademik avarçəkmə növləri üzrə müxtəlif yaş və məsafələr üzrə mübarizə aparırlar. Kayak üzrə tək (K1) və cüt (K2) qayıqlarda 2007-2008, 2009-2010 və 2011-2012-ci illər təvəllüdlü idmançılar iştirak edirlər. Kanoe üzrə tək (C1) qayıqlarda isə 2008-2009-cu illər təvəllüdlü idmançılar güclərini sınayırlar. Bu gün həmçinin akademik avarçəkmə növü üzrə də müxtəlif məsafələrə yarışlar keçiriləcək.
Qeyd edək ki, Azərbaycan idmançıları Suqovuşan su anbarında təşkil olunan beynəlxalq reqatanın ilk günündə 3 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
"Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününə start verilib
