Güləşçilərimiz Zəfər kubokunda iştirak edəcəklər 

Güləşçilərimiz Zəfər kubokunda iştirak edəcəklər 

Sabah Türkiyənin Antalya şəhərində güləş üzrə Zəfər kubokuna start veriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, U17 yaş qrupu üzrə keçiriləcək ənənəvi yarışda qızlardan ibarət komandamız mübarizə aparacaq.

Üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi - Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) uğur qazanmağa çalışacaq.

Zəfər kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.