Yeddiqat dünya çempionu yarımfinala yüksəlib

Yeddiqat dünya çempionu yarımfinala yüksəlib

Snuker üzrə yeddiqat dünya çempionu Ronni OSallivan dünya çempionatının yarımfinalına yüksəlib. İngiltərəli iştirakçı 1/4 final mərhələsində çinli Si Jiahuiyə qalib gəlib - 13:9. Növbəti mərhələdə o, digər bir çınli snukerçi  Zhao Xintongla üz-üzə gələcək. Gigər qarşılaşmada  Cudd Tramp (İngiltərə) və Mark Williams (Uels) növbəti mərhələ uğrunda yarışacaqlar. Dünya çempionatına mayın 5-də yekun vurulacaq. Qeyd edək ki, ümumi mükafat fondu 2 milyon 395 min funt sterlinq olan yarışın qalibi 500 min funt sterlinq qazanacaq.