"Prezident Kuboku-2025": avarçəkənlərimiz ikinci yarış gününü beş medalla başa vurdular 

"Prezident Kuboku-2025": avarçəkənlərimiz ikinci yarış gününü beş medalla başa vurdular 

Avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.  
Olimpnews.az xəbər verir ki, mayın 1-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən mərasimdə qaliblərə mükafatları  Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, baş katibi Fərhad Əliyev, AKAF-ın idman direktoru Rəhman Xanlarov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, "Kür" Olimpiya Tədris-İdman Mərkəzininin direktoru Ceyhun Mirzəyev, yarışların baş hakimi İlqar Tağıyev və xarici komandaların baş məşqçiləri təqdim edib.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri ikinci yarış gününü üç gümüş və iki bürünc medalla başa vurublar. 
Komandamızın üzvlərindən Əlimurad Hacızadə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında (K-1) 500 metrlik məsafəyə mübarizədə gümüş medal qazanıb. Digər idmançımız  Mustafa Vəlizadə isə 2011-2012-ci illər təvəllüdlü idmançılar arasında  birnəfərlik kayak qayığında (K-1) 500 metrlik məsafəyə yarışda bürünc medala yiyələnib. 
2011-2012-ci ilər təvəllüdlü idmançıların 500 metrlik məsafəyə ikinəfərlik kayak qayığında (K-2) Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medala sahib çıxıb. 
Birnəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2006-2007-ci illər təvəllüdlü idmançıların yarışında isə Nurlan Paşayev gümüş medal qazanıb.
Xatırladaq ki, Suqovuşan su anbarında təşkil olunan yarışın ilk günündə komandamızın üzvlərindən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala layiq görülmüşdü. 
"Prezident Kuboku-2025" beynəlxalq reqatasına sabah "Kür" Olimpiya Tədris İdman Mərkəzində yekun vurulacaq. 

"Prezident Kuboku-2025": avarçəkənlərimiz ikinci yarış gününü beş medalla başa vurdular  "Prezident Kuboku-2025": avarçəkənlərimiz ikinci yarış gününü beş medalla başa vurdular  "Prezident Kuboku-2025": avarçəkənlərimiz ikinci yarış gününü beş medalla başa vurdular