Hokkey ulduzu olimpiada arzusunu gizlətmədi

Hokkey ulduzu olimpiada arzusunu gizlətmədi

“Washington Capitals” klubunun rusiyalı hokkeyçisi Aleksandr Oveçkin bildirib ki, gələn il keçiriləcək Qış Olimpiya Oyunlarında milli komandanın tərkibində çıxış etmək arzusundadır. Lakin məlumdur ki, rusiyalı idmançılar üçün beynəlxalq yarışlarda iştirak qadağası hələ qüvvədədir. “Biz hər zaman hazırıq. Yekun qərar  Beynəlxalq Olimpiya Komitəsindən (BOK) gəlməlidir. Hər bir idmançı üçün öz ölkəsinin komandasında oynamağı şərəf bilməlidir. Əgər belə bir fürsət yaranarsa, əlbəttə ki, hazıram”, - deyə Match TV Oveçkindən sitat gətirib.
Məlumat üçün bildirək ki, növbəti Qış Olimpiya Oyunları   
Gələn il fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina d Ampezzo şəhərində keçiriləcək.