Püşkatmanın vaxtı açıqlanıb

Püşkatmanın vaxtı açıqlanıb

Qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib. İtaliyada keçiriləcək çempionatın iştirakçıları rəqiblərinin adlarını martın 10-da öyrənəcəklər.
Azərbaycan millisinin də mübarizə aparacağı dünya çempionatı sentyabrın 23-dən oktyabrın 12-dək davam edəcək. Yarışda 24 komanda gücünü sınayacaq. İştirakçı ölkələrin tam siyahısı isə iyulda bilinəcək.